Bakı: Elm və təhsil; Azərbaycan MEA Folklor İnstitutu, 2020. — 327 səh.
Qumuqlar sənətin gücünü və dəyərini daha əski zamanlardan bəri yaxşı anlamışlar. Onlar “Qafiyəli sözə əngəl yox” deyə boşuna söyləməmişlər. Çətin günlər gəldiyində bəziləri qılıncını sıyırır, bəziləri isə xalqın qəhrəmanlıq duyğularını coşdurmaq üçün qopuzunu çalardı. Hətta qopuzun hünəri qılıncdan üstün gəlirmiş. Hətta xəstələrə çarə tapılmadığı zaman, qumuq ozanları telli qopuzlarını əlinə alaraq xəstələrə dinlədir və adətən onları dirildərlərmiş. El içində – bir ozan, ağac qopuzu alıb mahir ustalıqla çalmağa başladıqda, xəmir yoğurmaqda olan bir qadın, özü də fərq etmədən, əllərindən xəmiri axıdaraq oynamağa başlamış – deyə danışırlar.